Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mayın 4-də imzaladığı sərəncam qüvvəyə minib.
APA xəbər verir ki, sərəncama əsasən ölkədə əlıavə 3 region yaradılıb. Yeni regionlar Abay, Jetısusk və Ulıtau adlanır.
Bununla da, Qazaxıstanda regionların sayı 17-yə çatdırılıb. Nur-Sultan, Almatı və Şımkend respublika əhəmiyyətli şəhər startusunu saxlayıb.