“Qazprom” hasilatı azaldıb

“Qazprom” hasilatı azaldıb
# 02 sentyabr 2022 01:49 (UTC +04:00)

Rusiyanın “Qazprom” şirkəti yanvar-avqust aylarında 288,1 milyard kub metr qaz hasil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6% azdır.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, uzaq xaricə qaz satışı da 37,4% azalaraq 82,2 milyard kub metr təşkil edib.

Bununla belə, holdinqin sutkalıq qaz ixracı avqustda 8% artaraq 222,6 milyon kub metr olub. Daxili bazarda isə son 8 ayda tələbat 2,9% azalaraq 4,7 milyard milyard kub metrə enib.

Son aylarda Çinə ixracda artım müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR