“Qazprom” Niderlanda qaz tədarükünü dayandırır

“Qazprom” Niderlanda qaz tədarükünü dayandırır
# 30 may 2022 20:37 (UTC +04:00)

Rusiyanın “Qazprom Export” şirkəti Niderland treyderi “GasTerra”ya qaz tədarükünü mayın 31-də dayandırır.

APA-nın Moskva müxbirinin şirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qaz tədarükünün dayandırılması aprel ayı üçün ödənişin edilməməsidir.

“Qazprom Export” apreli ayı üçün ödəniş edilmədiyinə görə Niderland treyderi “GasTerra”ya qaz tədarükünü mayın 31-də dayandıracaq", - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR