Qırğız lideri Mərkəzi Asiya və Aİ-nin birinci sammitini uğurlu adlandırıb

Qırğız lideri Mərkəzi Asiya və Aİ-nin birinci sammitini uğurlu adlandırıb
# 02 iyun 2023 15:40 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov ötən ilin oktyabr ayında Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya və Avropa İttifaqının (Aİ) birinci sammitini uğurlu adlandırıb.

APA xəbər verir ki, Qırğızıstan rəhbəri bunu bu gün Qırğızıstanın Çolpon-Ata şəhərində təşkil edilən Mərkəzi Asiya və Avropa İttifaqının (Aİ) ikinci sammitində çıxışı zamanı bildirib.

Japarovun fikrincə, ölkələrin strateji tərəfdaşlıq istəyi yüksək səviyyəli görüşlər üçün əlverişli imkanlar yaradır.

“Mən bu formatda növbəti görüşümüzə ürəkdən şadam və ikinci görüşün Qırğızıstanda keçirilməsi barədə təşəbbüsümüzə verilən dəstəyə görə minnətdaram. Astanada keçirilən ilk görüş çox uğurlu olub və əməkdaşlığın gələcək inkişafı üçün istiqamətlər müəyyən edilib”, - deyə Japarov bildirib.

Qeyd edək ki, Qırğızıstanın Çolpon-Ata şəhərində Mərkəzi Asiya və Aİ ölkələrinin ikinci sammiti keçirilir.

Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurmuhammet Amannepesov və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR