Qırğızıstan-Tacikistan sərhədindəki mübahisəli ərazilərlə bağlı növbəti danışıqlar aparılıb

Qırğızıstan-Tacikistan sərhədindəki mübahisəli ərazilərlə bağlı növbəti danışıqlar aparılıb
# 16 mart 2023 12:35 (UTC +04:00)

Qırğızıstan və Tacikistan arasında sərhəd boyunca mübahisəli ərazilərlə bağlı danışıqların növbəti mərhələsini keçirilib.

APA xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşün tam təfərrüatları açıqlanmasa da, qeyd olunub ki, tərəflər görüşün yekunlarına dair protokol imzalayıblar. Sənədin təfərrüatları açıqlanmır.

Həmçinin qeyd olunub ki, bu qəbildən olan növbəti görüş Qırğızıstan ərazisində baş tutacaq.

Xatırladaq ki, Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 980 km-dir və sərhədlərin delimitasiyası (dövlət sərhədinin keçidinin təsviri və xəritələşdirilməsi ilə müəyyən edilməsi) üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR