Qırğızıstanın səhiyyə naziri saxlanılıb

Alımkadır Beyşenaliyev

© APA | Alımkadır Beyşenaliyev

# 02 iyun 2022 18:07 (UTC +04:00)

Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər yayıb.

Bildirilib ki, nazir korrupsiyada ittiham olunur.

Qırğızıstan Çin, Rusiya, Azərbaycan, Qazaxıstan və beynəlxalq təşkilatlardan koronavirus əleyhinə pulsuz vaksinlər alsa da, nazirin göstərişi ilə 2021-ci ildə xarici şirkətlərdən əsassız olaraq daha 2 milyon 460 min doza vaksin alınıb.

Həmin vaksinlər üçün ödənilən məbləğ isə ofşor hesaba köçürülüb.

Alımkadır Beyşenaliyev və Səhiyyə Nazirliyin bir qrup əməkdaşının büdcəyə zərər vurduğu müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR