Ərdoğanın Rusiyaya səfəri başlayıb

Ərdoğanın Rusiyaya səfəri başlayıb
  • Clock-gray 14:32
  • calendar-gray 05 Mart 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Türkiyə liderinin təyyarəsi bu dəqiqələrdə Moskvanın Vnukovo hava limanına enib.

Türkiyə Prezidentini Xarici işlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hülusi Akar, Xəzinədarlıq və Maliyyə naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan müşayiət edirlər.

Qeyd edək ki, bu gun Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Görüşdə Suriyanın İdlib əyalətindəki vəziyyət müzakirə olunacaq.

Görüşün yekunları ilə bağlı liderlərin birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılır.

Fərid Əkbərov

Digər xəbərlər