Rusiya 23 Britaniya vətəndaşına sanksiya tətbiq edib

Rusiya 23 Britaniya vətəndaşına sanksiya tətbiq edib
# 17 mart 2023 18:02 (UTC +04:00)

Rusiya 23 Britaniya vətəndaşına sanksiya tətbiq edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyan silahlı qüvvələrinin, təbliğat strukturlarının, məhkəmə və penitensiar sistemin bir sıra nümayəndələrinin Rusiya Federasiyası ərazisinə girişi qadağan olunub.

Rusiya XİN bunu Britaniya hakimiyyətinin Moskva əleyhinə sanksiyalardan istifadə etməsi və Ukraynaya hərbi-texniki dəstək göstərməsi ilə izah edib. Sanksiya tətbiq edilən Britaniya vətəndaşlarının tam siyahısı açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR