Rusiya avtomobil standartını yüngülləşdirib

Rusiya avtomobil standartını yüngülləşdirib
# 18 may 2022 06:11 (UTC +04:00)

Sanksiya səbəbindən ehtiyat hissə qıtlığı yaşanan Rusiyada avtomobil istehsalı normaları yüngülləşdirilib.

APA-nın xəbərinə görə, hökumətin yeni qərarı ilə avtomobillərin sertifikatlaşdırılması şərtləri asanlaşdırılıb. Yeni qayda ABS kimi bir çox detal olmayan nəqliyyat vasitələrinin istehsalına imkan verir.

Kommersant qəzetinin xəbərinə görə, avtomobillərin ekoloji normaları da aşağı salınaraq 1988-ci il səviyyəsinə qaytarılıb.

Yeni qayda fevraladək qüvvədə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR