Rusiya hərbçiləri qəzaya uğrayan yaxtadan Fransa vətəndaşını xilas edib

Rusiya hərbçiləri qəzaya uğrayan yaxtadan Fransa vətəndaşını xilas edib
# 31 yanvar 2023 16:38 (UTC +04:00)

Rusiya hərbçiləri Fransa vətəndaşını Atlantik okeanında qəzaya uğrayan yaxtadan xilas edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Şimal Donanmasının döyüş gəmiləri dəstəsinin Atlantik okeanının mərkəzi hissəsində uzaqmənzilli tapşırıqları yerinə yetirən "Kama” orta tankerinin ekipajı qəza vəziyyətində olan yaxtadan fövqəladə siqnal alıb. Heyətə kömək etmək üçün “Kama” tankeri marşrutdan çıxaraq qəza ərazisinə doğru hərəkət edib. Yaxtaya təftiş qrupu endirilib, bir nəfər və həmin şəxsin iti şəxsi əşyaları ilə birlikdə Rusiya tankerinə qaldırıb. Xilas edilən şəxs Atlantik okeanında təkbaşına səyahət etmiş Fransa vətəndaşı Lukas Monteu olub. Yaxtada fırtına zamanı sükan çarxı sıradan çıxıb və su axmağa başlayıb. Problemləri həll etmək üçün uğursuz cəhddən sonra o, təcili yardım çağırışı edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR