Rusiya Luqanskda Ukraynanın Su-24 təyyarəsini vurub

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 28 aprel 2022 12:24 (UTC +04:00)

Rusiya hava hücumundan müdafiə sistemləri Luqansk səmasında Ukraynaya məxsus Su-24 təyyarəsini, həmçinin Xarkov vilayətində İzyum səmasında “Toçka-U” raketini vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Nikolaevka yaşayış məntəqəsi üzərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 təyyarəsini vurub. Bundan başqa, Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin İzyum şəhərinin yaşayış məntəqələrinə Ukraynaya məxsus “Toçka-U” ballistik raketinin hücumunu dəf edib", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov bildirib ki, Rusiya Quru Qoşunlarının raket qoşunları və artilleriyası Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı gecə ərzində 408 hədəfi vurub: "Nəticədə 18 komanda məntəqəsi və canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 383 ərazi məhv edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR