Rusiya MN: Ötən sutka Ukraynanın Su-25 qırıcısı və Mi-8 helikopteri vurulub

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 01 iyun 2022 12:58 (UTC +04:00)

Rusiya hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus Su-25 qırıcısı və bir Mi-8 helikopteri, həmçinin 7 pilotsuz uçuş aparatını vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində "DXR"-in Sergeevka rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Su-25 təyyarəsini və Xarkov vilayətində bir Mi-8 helikopterini vurub. Bundan əlavə, Donetskin Qorlovka, Qolmovski, Yasinovataya, Varvarovka, Xarkov vilayətinin Malye Proxodı, Novaya Qnilitsa, Xerson vilayətinin Pyatixatka yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatı vurulub", - deyə Rusiya MN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR