Rusiya MN Ukraynada öldürülən əcnəbi muzdluların sayını açıqlayıb

Rusiya MN Ukraynada öldürülən əcnəbi muzdluların sayını açıqlayıb
# 17 aprel 2022 12:30 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi əməliyyat başlayandan indiyədək 1035 əcnəbi muzdlunu məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunun Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, daha 912 nəfər muzdlu isə Ukraynadan qaçıb: "Döyüş əməliyyatlarında Rusiya silahlı qüvvələri tərəfindən 1035 əcnəbi muzdlu məhv edilib . Daha 912 muzdlu isə döyüş əməliyyatlarında iştirakdan imtina edərək ölkədən qaçıb".

Rusiya MN sözçüsü Ukraynaya döyüşməyə gələn xarici muzdululara xəbərdarlıq da edib. O bildirib ki, Ukraynaya gələn muzdlular döyüşçü deyillər, onları gözləyən ən yaxşı şey uzunmüddətli həbsdir: "Xarici muzdlular beynəlxalq humanitar hüquqda “döyüşçü” statusuna malik deyillər. Onlar Ukraynaya slavyanları öldürməklə pul qazanmaq üçün gəliblər. Ona görə də onları gözləyən ən yaxşı şey cinayət məsuliyyəti və uzunmüddətli həbsdir"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR