Rusiya MN: Ukraynanın 1000-dən çox PUA-sı məhv edilib

Rusiya MN: Ukraynanın 1000-dən çox PUA-sı məhv edilib
# 25 may 2022 12:46 (UTC +04:00)

Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı Ukraynanın 1000-dən çox pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 178 təyyarə, 126 helikopter, 1006 PUA, 322 zenit-raket kompleksi, 3258 tank və digər zirehli döyüş texnikası, 430 reaktiv yaylım atəşi sistemi, 1671 səhra artilleriya qurğusu və minaatan, həmçinin 3155 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”, - deyə Rusiya MN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR