Rusiya MN: Xarkovda “Azov” birləşməsinin qərargahı məhv edilib

Rusiya MN: Xarkovda “Azov” birləşməsinin qərargahı məhv edilib
# 17 iyun 2022 13:12 (UTC +04:00)

Rusiya aviasiyası yüksək dəqiqlikli raketlərlə Xarkov vilayətinin Pesoçin yaşayış məntəqəsi ərazisində “Azov” millətçi birləşməsinin qərargahını məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Yüksək dəqiqlikli havadan buraxılan raketlər canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 18 əraziyə, həmçinin "DXR"-in Zaitsevo, Kurdımovka, Dzerjinsk, Baxmut,

Artyomovo və Oçeretino rayonlarının ərazilərində Ukrayna artilleriya və minaatan batareyalarının on atəş mövqeyinə, o cümlədən “Qrad” reaktiv yaylım atəşi sisteminin altı batareyasına zərbə endirib. Həmçinin Xarkov vilayətinin Pesoçin rayonunda “Azov” millətçi birləşməsinin bölməsinin qərargahı dağıdılıb”, deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkov ötən sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemlərinin isə Ukraynaya məxsus bir Su-25 hücum təyyarəsi və 15 pilotsuz uçuş aparatını vurduğunu söyləyib:

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Mazanovka rayonu yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub. Həmçinin ötən gün ərzində Nikolayevsk , Xerson və Xarkov vilayətlərində, həmçinin "DXR" və "LNR" -in ərazilərində Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatı vurulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR