Ukrayna Silahlı Qüvvələri bu gün Rusiya hərbi mövqelərini artilleriya atəşinə tutub.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin 6 yanvar saat 12:00-dan (Moskva vaxtı ilə) etibarən atəşkəs rejimi qaydalarına riayət etməsinə baxmayaraq, Rusiya hərbi mövqeləri və yaşayış məntəqələri Ukrayna ordusu tərəfindən artilleriya atəşinə məruz qalıb.