Rusiya Ukrayna ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb

Rusiya Ukrayna ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
# 23 may 2022 13:17 (UTC +04:00)

Kiyev konstruktiv yanaşma nümayiş etdirən və Rusiyanın təkliflərinə cavab verən kimi, Moskva Ukrayna ilə danışıqlara qayıtmağa hazır olacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Ukrayna konstruktiv mövqe nümayiş etdirən və ona verilən təkliflərə ən azı reaksiya verən kimi, biz danışıqlara qayıtmağa hazır olacağıq”, - deyə rusiyalı diplomat vurğulayıb.

Rudenko Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyakın Kiyevin Moskva ilə yeni ərazi reallıqlarının tanınmasını nəzərdə tutan istənilən razılaşmanı istisna etdiyini bildirən bəyanatını da şərh edib. Diplomat qeyd edib ki, Moskva Kiyev hakimiyyətinin rəsmi reaksiyasını rəhbər tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR