Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb

Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb
# 31 may 2022 12:56 (UTC +04:00)

Ukraynadakı müharibə zamanı Rusiya ordusu indiyədək Ukrayna Silahlı Qüvvələrinin 3300-dən çox tankını və 1100-ə yaxın pilotsuz uçuş aparatını məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 184 təyyarə, 128 helikopter, 1070 pilotsuz uçuş aparatı, 325 zenit-raket kompleksi, 3342 tank və digər zirehli döyüş texnikası, 454 reaktiv yaylım atəşi sistemi, 1738 səhra artilleriya qurğusu və minaatan, həmçinin 3311 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”, - deyə Rusiya MN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR