Rusiya Ukraynaya 35 hərbçinin meyitini qaytarıb

Rusiya Ukraynaya 35 hərbçinin meyitini qaytarıb
# 21 iyun 2022 19:37 (UTC +04:00)

Ukrayna və Rusiya arasında daha bir qrup hərbçinin meyitləri dəyişdirilib.

APA Ukranews.com-a istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Ukrayna tərəfinə 35 hərbçinin cəsədinin qaytarıldığını, əvəzində Rusiya tərəfinə 50 hərbçinin meyitinin verildiyini açıqlayıb.

Hərbçi meyitlərinin qarşılıqlı qaytarılması ilə bağlı prosesin qarşıdakı günlərdə də davam etdirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR