Rusiya vətəndaşlarının 59 faizi dörd günlük iş həftəsini dəstəkləyir

Rusiya vətəndaşlarının 59 faizi dörd günlük iş həftəsini dəstəkləyir
# 06 noyabr 2019 07:28 (UTC +04:00)

Rusiya vətəndaşlarının demək olar ki, yarıdan çoxu dörd günlük iş həftəsinə keçmək üçün daha intensiv işləməyə hazır olduğunu bildirib.

APA-nın “İzvestiya”ya istinadən verdiyi xəbərə görə, bu rəqəm “HeadHunter”in Rusiyada keçirdiyi rəy sorğusunun yekun hesabatında əksini tapıb.

Sorğu iştirakçılarının 2/3-si yeni iş qrafikinin tətbiqini dəstəklədiyini deyib. Respondentlərin yalnız dörd faizi dörd günlük iş qrafikinə qarşı çıxıb.

Rəyi soruşulanların 59 faizi isə cümə günündə də istirahət etmək istəyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR