Rusiya XİN: Estoniyanın düşmənçilik hərəkətləri cavabsız qalmayacaq

Rusiya XİN: Estoniyanın düşmənçilik hərəkətləri cavabsız qalmayacaq
# 11 yanvar 2023 18:47 (UTC +04:00)

Estoniyanın Rusiya diplomatlarına qarşı düşmənçilik hərəkətləri cavabsız qalmayacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Estoniya hakimiyyəti bilməlidir ki, onların hər hansı düşmən hərəkəti cavabsız qalmayacaq", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova həmçinin Estoniyanı Rusiyaya qarşı ən düşmən dövlətlərdən biri adlandırıb.

Onun sözlərinə görə, rusofobiya respublikada rəsmi doktrina səviyyəsinə qaldırılıb:

"Eyni zamanda, görünür, bir daha okeanın o tərəfindəki kuratorlarını sevindirmək istəyirlər".

Qeyd edək ki, Estoniya Xarici İşlər Nazirliyi fevralın 1-dək ölkədəki Rusiya diplomatlarının sayının 8-ə endirilməsini tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR