Rusiya XİN: Kiyevin nüvə silahına dair ziddiyyətli bəyanatları Qərblə razılaşdırılıb

Rusiya XİN: Kiyevin nüvə silahına dair ziddiyyətli bəyanatları Qərblə razılaşdırılıb
# 07 oktyabr 2022 13:56 (UTC +04:00)

Kiyev Zaporojye Atom Elektrik Stansiyasını (AES) çirkli nüvə bombasına çevirməyi planlaşdırırdı.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Kiyevin nüvə silahı mövzusuna dair ziddiyyətli bəyanatları Qərblə razılaşdırılıb.

Zaxarova onu da qeyd edib ki, Ukrayna fevralın 24-dən əvvəl də Rusiyaya qarşı qabaqlayıcı zərbələrdən danışaraq, planlarının cinayət olduğunu birbaşa etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR