Rusiya XİN: Ukrayna taxıl dəhlizinin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir

Rusiya XİN: Ukrayna taxıl dəhlizinin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir
# 01 noyabr 2022 19:25 (UTC +04:00)

Ukrayna Qara dənizdəki taxıl dəhlizinin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsarla görüşündə deyib.

"Görüş zamanı beynəlxalq platformalarda Rusiya-Türkiyə əməkdaşlığının əsas istiqamətləri, ilk növbədə, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının daşınması üzrə "Qara dəniz Təşəbbüsü" bu yaxınlarda Kiyevin Sevastopola qarşı törətdiyi terror aktı kontekstində təhlil edilib", deyə Rusiya XİN-nin yaydığı məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR