Rusiya “Yars” nüvə komplekslərinin təlimlərinə başlayıb

"Yars"

© APA | "Yars"

# 29 mart 2023 10:29 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri “Yars” nüvə komplekslərinin təlimlərinə başlayıb.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, bu, tapşırıqların icrası zamanı hərbi qulluqçuların hərəkətlərinin ahəngdarlığını yoxlamaq məqsədilə planlaşdırılmış təlimlərdir.

“Silahlı Qüvvələr qitələrarası ballistik raketlə təchiz edilmiş “Yars” strateji raket sistemini komanda-qərargah hazırlığına gətirib və Novosibirsk raket birləşməsinin hərbçiləri bu sistemlə təlim keçəcək” – nazirlik deyib.

Mətbuat xidmətindən o da əlavə olunub ki, təlimlərə 3000-dən çox hərbi qulluqçu və 300-ə yaxın texnika cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR