Rusiyada avtomobil yerə batıb, 2 nəfər ölüb

Rusiyada avtomobil yerə batıb, 2 nəfər ölüb
# 19 noyabr 2019 13:12 (UTC +04:00)

Rusiyanın Penza vilayətində avtomobil yerə batıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” regionun güc strukturlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Penza vilayətində yerləşən mağazalardan birinin yaxınlığındakı avtomobil dayanacağında qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər ölüb, onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR