Rusiyada beş nəfər dəm qazından ölüb

Rusiyada beş nəfər dəm qazından ölüb
  • Clock-gray 11:27
  • calendar-gray 23 Oktyabr 2019

Rusiyanın Çelyabinsk vilayətində beş nəfər dəm qazından ölüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə fərdi evlərdən birində qeydə alınıb.

Ölənlərdən biri uşaqdır.

Məlumatda bildirilir ki, beş nəfərdən ibarət ailənin yaşadığı evə iki nəfər də qonaq gəlib.

Baş vermiş hadisə nəticəsində ailənin dörd üzvü, o cümlədən bir uşaq və qonaqlardan biri dəm qazından boğularaq ölüb. Digər iki nəfərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date