Rusiyada çiçək xəstəliyinə qarşı yeni peyvəndin və dərmanların sınaqları aparılır

Rusiyada çiçək xəstəliyinə qarşı yeni peyvəndin və dərmanların sınaqları aparılır
# 08 iyun 2022 15:05 (UTC +04:00)

Hazırda Rusiyada çiçək xəstəliyinə qarşı yeni peyvəndin və dərmanların sınaqları aparılır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

"Hazırda Rusiyada çiçək xəstəliyinə qarşı yeni peyvənd və müalicə üçün dərmanlar sınaqdan keçirilir", - deyə Muraşko vurğulayıb.

O qeyd edib ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin səhiyyə sistemlərinin qarşısında duran vəzifələrdən biri meymunçiçəyi virusu kimi yeni təhlükələrə və çağırışlara cavab vermək üçün konsolidə edilmiş yanaşmaların işlənib hazırlanmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR