Rusiyada COVID-19-a sutkalıq yoluxma 100 minə çatır

Rusiyada COVID-19-a sutkalıq yoluxma 100 minə çatır
# 28 yanvar 2022 12:55 (UTC +04:00)

Rusiyada son sutka ərzində 98 040 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Rusiyanın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 11 502 657 nəfərə çatıb.

Son sutka ərzində 673 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 329 443 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR