Rusiyada İES-də güclü yanğın olub - VİDEO

Rusiyada İES-də güclü yanğın olub  - VİDEO
# 30 aprel 2022 08:37 (UTC +04:00)

Rusiyada Saxalin İstilik Elektrik Stansiyasında yanğın baş verib.

APA xəbər verir ki, bu barədə RİA Novoosti məlumat yayıb.

Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib ki, xilasedicilər turbinlərdən birində dam örtüyünə yayılan yanğınla mübarizə aparır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi 30 əməkdaşın yanan binanı özbaşına tərk etdiyini bildirib.

“Saxalinenerqo” şirkəti yanğına turbogeneratorlardan birinin dayanmasının səbəb olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR