Rusiyada itən An-30 təyyarəsi tapılıb

Rusiyada itən An-30 təyyarəsi tapılıb
# 22 iyun 2022 15:43 (UTC +04:00)

Rusiyanın Yakutiya bölgəsində itən An-30 təyyarəsi tapılıb.

APA-nın Rusiya bürosu RBK-ya istinadən xəbər verir ki, ilkin məlumatda təyyarədəkilərin hamısının sağ olduğu bildirilib.

Axtarış-xilasetmə əməliyyatları zamanı An-30 təyyarəsi Olenek yaşayış məntəqəsindən 70 km aralıda aşkar edilib.

Təyyarənin sərt eniş etdiyi bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən RBK-ya verilən məlumata görə, göyərtədə olan insanlar sağdır, lakin üç nəfərə həkimlərin köməyi lazım olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR