Rusiyada koronavirusdan daha 118 nəfər ölüb

Rusiyada koronavirusdan daha 118 nəfər ölüb
# 08 may 2022 12:17 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 5447 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 18 227 666 nəfərə çatıb.

Son sutka ərzində 118 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 376 946 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR