Rusiyada küçədə pişikləri öldürən şəxsə 2,5 il həbs cəzası verilib

Rusiyada küçədə pişikləri öldürən şəxsə 2,5 il həbs cəzası verilib
# 23 yanvar 2023 12:38 (UTC +04:00)

Moskvanın Çeryomuşkinski Rayon Məhkəməsi pişikləri qəsdən öldürən şəxsə hökm çıxarıb.

APA-nın Moskva müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, 10-a yaxın pişiyi pnevmatik silahla öldürən Krivyakov Oleq Pavloviç iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. O cəzasını məntəqə tipli koloniyada çəkəcək.

Krivyakov xuliqanlıq və heyvanlara qarşı amansızlıqda təqsirli bilinib. İstintaqın məlumatına görə, o, pnevmatik tapança ilə küçədə pişikləri vurub.

Məhkəmə protokolunda qeyd olunub ki, Krivyakovun vurduğu iki pişik sağ qalıb və onlar maddi sübut kimi tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR