Rusiyada məktəbdə atışmada ölənlərin sayı 17-yə çatıb - VİDEO - YENİLƏNİB-4

Rusiyada məktəbdə atışmada ölənlərin sayı 17-yə çatıb - VİDEO  - YENİLƏNİB-4
# 26 sentyabr 2022 23:35 (UTC +04:00)

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 17-yə çatıb.

APA-nın Rusiya bürosunun Rusiya İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, silahlı atışma nəticəsində 11-i uşaq olmaqla 17 nəfər həlak olub, 20 nəfər yaralanıb.

***

17.15

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb.

APA-nın Rusiya bürosunun Rusiya İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, silahlı atışma nəticəsində 11-i uşaq olmaqla 15 nəfər həlak olub, 23 nəfər yaralanıb.

***

13:20

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Ölənlərdən 7-sının məktəbli olduğu bildirilib. Yaralanan 21 nəfərdən 14-nün də uşaq olduğu bildirilir.

Faciə ilə bağlı Udmurtiyada sentybarın 29-a qədər matəm elan olunub.

***

12:50

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 9-a çatıb.

APA-nın Rusiya bürosunun Rusiya İstintaq Komitəsində istinadən verdiyi məlumata görə, silahlı atışma nəticəsində 5-i uşaq olmaqla 9 nəfər həlak olub.

“İlkin məlumatlara görə, cinayətin qurbanı olan 9 nəfər arasında təhsil müəssisəsinin 2 mühafizəçisi və 2 müəllim, həmçinin 5 azyaşlı var. Yaralılar da var”, - Rusiya İstintaq Komitəsinin məlumatında qeyd olunub.

***

12:06

Rusiyanın İjevsk şəhərində orta məktəbdə silahlı şəxs 6 nəfəri öldürüb, daha sonra intihar edib.

APA-nın Rusiya bürosunun yerli mediaya istinadən verdiyi məlumata görə, ölənlərin dördü böyük, üçü isə uşaqdır.

20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov məktəblilərin təxliyəsinin başa çatdığını qeyd edib.

***

11:29

Rusiya Federasiyasının İjevsk şəhərində orta məktəbdə atışma olub.

APA-nın Rusiya bürosunun yerli mediaya istinadən verdiyi məlumata görə, hadisə İjevskin 88 saylı orta məktəbində baş verib.

Bildirilib ki, şagirdlər və müəllimlər təcili olaraq binadan təxliyə edilir.

İlkin məlumata görə, məktəbin binasında yaralı var. Hadisə yerinə polis, milli qvardiya və təcili yardım gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR