Rusiyada ötən sutka 23 meşə yanğını söndürülüb

Rusiyada ötən sutka 23 meşə yanğını söndürülüb
# 28 iyul 2022 04:26 (UTC +04:00)

Rusiyada ötən sutka ərzində 2793 hektar ərazidə 23 meşə yanğını söndürülüb.

APA-nın xəbərinə görə, bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.

Son saata olan məlumata görə, Federasiya ərazisində 33 826 hektar sahədə 127 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət Saxa Respublikasındadır (Yakutiya).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR