Rusiyada siqaret çəkən uşaqların valideynləri cərimələnə bilər

Rusiyada siqaret çəkən uşaqların valideynləri cərimələnə bilər
# 11 oktyabr 2019 07:54 (UTC +04:00)

Rusiya Daxili İşlər Nazirliyi siqaret çəkməyə başlayan uşaqların valideynlərinin 2 min rubla qədər cərimələnməsini təklif edib.

APA TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya DİN-in mətbuat mərkəzindən bildirilib.

Məlumatda deyilir ki, bununla bağlı müvafiq təkliflər paketi hazırlanıb.

Qeyd edilib ki, bu qadağanın pozulmasına görə məsuliyyətin qanunla müəyyən edilməməsi səbəbindən yeniyetmələrin siqaret çəkməsinin qarşısının alınması effekt vermir.

Xatırladaq ki, əvvəllər də Rusiyada İnzibati Xətalar Məcəlləsinin siqaret çəkən yeniyetmələrin valideynləri üçün məsuliyyət tətbiq edən yeni redaksiyasında qaydanın tətbiq edilməsi müzakirə edilmişdi. Hətta İnzibati Xətalar Məcəlləsinə "yetkinlik yaşına çatmayanların tütün istehlakına görə valideynlərin inzibati məsuliyyəti haqqında" normanın salınması üçün Ədliyyə Nazirliyinə müraciət göndərilməsi barədə təlimat da qəbul olunmuşdu.

2009 və 2014-cü illərdə Dövlət Dumasına analoji qanun layihələri təqdim edilmiş, lakin bu, təşəbbüs olaraq qalmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR