Rusiyada son sutkada koronavirusa 31 252 nəfər yoluxub

Rusiyada son sutkada koronavirusa 31 252 nəfər yoluxub
# 18 yanvar 2022 12:49 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 31 252 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 865 512 nəfərə çatıb.

Son sutka ərzində 688 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 322 678 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR