Rusiyada son sutka ərzində daha 8446 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə,
bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 137 137 nəfərə çatıb.
Son sutka ərzində 168 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 374 902 nəfərə çatıb.