Rusiyada su hövzələrində ölənlərin sayı 632 nəfərə çatıb

Rusiyada su hövzələrində ölənlərin sayı 632 nəfərə çatıb
# 30 may 2023 15:57 (UTC +04:00)

Rusiyada cari ilin əvvəlindən su hövzələrində ölənlərin sayı 632 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Rusiya FHN Sularda Xilasetmə Xidmətinin Kiçikhəcmli Gəmilərə Nəzarət Dövlət Müfəttişliyi Şöbəsinin rəhbəri Andrey Peçenin bildirib.

Onun sözlərinə görə, bu ilin 28 may tarixinə qədər olan dövr ərzində Rusiyanın su hövzələrində 847 hadisə (keçən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artım) qeydə alınıb, nəticədə 632 nəfər, o cümlədən 62 uşaq ölüb.

Peçenin qeyd edib ki, son iki ildə ölən uşaqların sayında artım yoxdur və ölüm saylarını azaltmaq üçün müxtəlif profilaktik tədbirlər həyata keçirilir.

Həmçinin əlavə olunub ki, Rusiyada kiçik qayıqların qəzaya uğradığı 39 hal qeydə alınıb və nəticədə 33 nəfər ölüb.

İlin əvvəlindən su hövzələrində 867 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR