Rusiyada sualtı qayıqda baş vermiş yanğının bəzi təfərrüatları bilinib

Rusiyada sualtı qayıqda baş vermiş yanğının bəzi təfərrüatları bilinib
# 03 iyul 2019 14:33 (UTC +04:00)

Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Barens dənizində Hərbi Dəniz Donanmasına aid sualtı qayıda baş vermiş yanğının bəzi təfərrüatlarını açıqlayıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, hadisəni araşdırmaq üçün Severomorsk şəhərinə gedən rusiyalı nazir orada iclas keçirib.

O, hərbçilərin qəhrəmanlıq göstərdiyini, ilk növbədə sualtı qayıqda olan mülki nümayəndəni təxliyə etdiklərini bildirib: “Onlar yanğının ocağını söndürərək öz yoldaşlarını və dərin sualtı aparatı xilas ediblər”.

Rusiyalı nazir həlak olanlardan 7 nəfərinin I dərəcəli kapitan, 3 nəfərinin II dərəcəli kapitan, 2 nəfərinin isə Rusiya qəhrəmanı olduğunu vurğulayıb.

S. Şoyqu qeyd edib ki, həyatını itirən zabitlər dövlət mükafatlarına təqdim olunacaqlar.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyulun 1-də Barens dənizində Hərbi Dəniz Donanmasına aid sualtı qayıqda baş vermiş yanğın nəticəsində 14 nəfərin həlak olduğu haqqında məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR