Rusiyada təyyarə qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB

An-2

© APA | An-2

# 09 yanvar 2023 17:38 (UTC +04:00)

Rusiyada təyyarə qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, göyərtəsində 12 nəfər olan An-2 təyyarəsi Nenets Muxtar Dairəsinin Karatayka qəsəbəsi yaxınlığında sərt eniş edib.

Ust-Kara - Karatayka marşrutu üzrə müntəzəm uçuş həyata keçirən təyyarədə 10 sərnişin və iki ekipaj üzvü olub.

AN-2 təyyarəsinin sərt enişi nəticəsində iki nəfər ölüb, beş nəfər isə ağır yaralanıb. Ölənlərdən birini təyyarənin pilotu olduğu bildirilib.

Qəzanın ilkin səbəbi kimi güclü külək, buzlanma və zəif görmə göstərilir.

***

17:13

Rusiyanın Nenets Muxtar Dairəsində An-2 təyyarəsi buzlaşma səbəbi ilə qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, Karatayka kəndindən 10 km aralıda baş vermiş hadisə zamanı təyyarənin göyərtəsində 10 sərnişin və 2 nəfər ekipaj üzvü olub. İlkin məlumatlara görə, 2 nəfər ölüb.

Qəza yerinə gələn xilasedicilər lazımi tədbirləri həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR