Rusiyada zəlzələ olub

Rusiyada zəlzələ olub
# 26 may 2023 03:55 (UTC +04:00)

Rusiyanın Krasnodar diyarında 4,4 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri Tuapse şəhərindən 8 km cənubda, ocağı isə 5 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar 13 yaşayış məntəqəsində hiss olunub.

Qeyd olunub ki, xəsarət alan və ölən yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR