Rusiyadan Gürcüstana pul köçürmələri 5 dəfə artıb

Rusiyadan Gürcüstana pul köçürmələri 5 dəfə artıb
# 16 yanvar 2023 16:54 (UTC +04:00)

2022-ci ildə Rusiyadan Gürcüstana pul köçürmələri illik ifadədə 5 dəfə artaraq 2 milyard ABŞ dollarına çatıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının statistikasında bildirilib. Qeyd olunub ki, bu göstərici Gürcüstanın müstəqillik tarixində ən yüksək həddir.

Ötən il Gürcüstana ümumilikdə 4,37 milyard dollar həcmində pul köçürmələri edilib ki, bunun da təxminən yarısı Rusiyanın payına düşüb.
Statistikaya əsasən, ötən il Rusiyadan 2,3 milyon individual pul köçürmə baş tutub ki, bunun da orta məbləği 896 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR