Rusiyalı diplomat: Aİ-nin Ermənistandakı missiyasında anti-Rusiya əlamətləri var

Missiya

© APA | Missiya

# 07 mart 2023 13:11 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası postsovet məkanında öz yerini möhkəmlətmək cəhdidir.

APA xəbər verir ki, bunu Rusiyanın Aİ-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Kiril Loqvinov deyib.

O qeyd edib ki, Aİ missiyasının Ermənistanda fəaliyyətə başlaması Rusiyanın vasitəçiliyi ilə əldə olunan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin nəticələrindən istifadə edərək, postsovet məkanında öz yerini möhkəmlətmək cəhdidir.

Loqvinovun sözlərinə görə, Ermənistana Aİ mülki missiyasının göndərilməsində əhəmiyyətli dərəcədə anti-Rusiya əlamətləri var.

“Ölkəmizin Qafqazda təhlükəsizliyin təminatçısı kimi tarixi rolunu neytrallaşdırmaq istəyirlər”, - o deyib.

Xatırladaq ki, 20 fevralda Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Aİ missiyası yerləşdirilib, missiya mülki elan edilsə də, onun tərkibində 50 nəfər silahlı jandarm var. Missiyanın məqsədi Ermənistan sərhədləri boyunca sabitliyi təmin etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylərə əlverişli mühiti saxlamaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR