Rusiyanın 46 regionunda xüsusi yanğın rejimi tətbiq edilib

Rusiyanın 46 regionunda xüsusi yanğın rejimi tətbiq edilib
# 05 may 2022 17:41 (UTC +04:00)

Rusiya Federasiyasının 77 regionunda təbii yanğınlar qeydə alınıb, 46 regionda isə xüsusi yanğın rejimi tətbiq edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyasının fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Aleksandr Çupriyan bildirib.

"Artıq 77 subyektdə, demək olar ki, hər bir subyektdə yanğınlar qeydə alınıb. Lakin Rusiya Federasiyasının 46 subyektində xüsusi yanğın rejimi tətbiq edilib. Hesab edin ki, bu, Rusiya bütün subyektlərinin yarısıdır", - deyə Çupriyan "Rossiya 24" telekanalının efirində deyib.

Qeyd edək ki, daha əvvəl Fövqəladə Hallar Nazirliyi məlumat yayaraq Rusiyanın 42 regionunda insanların meşələrə getməsinə və meşə ərazisində texnikadan istifadə etməsinə tam qadağa qoyulmasını nəzərdə tutan xüsusi yanğın rejimi tətbiq edildiyini bildirib. Məlumatda ölkə ərazisində 62 təbii yanğın ocağının mövcud olduğu, yaşayış məntəqələri üçün heç bir təhlükə olmadığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR