Rusiyanın ilhaq etdiyi "Luqansk Xalq Respublikası"nın Novoaydar şəhərində xəstəxanaya raket zərbəsi endirilməsi zamanı 14 nəfər ölüb, 24 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlik raket zərbəsinə görə, Ukrayna tərəfini ittiham edib.