Sankt-Peterburqdakı yanğında 2 nəfər ölüb - VİDEO

Belarusda yanğın

© APA | Belarusda yanğın

# 05 yanvar 2023 14:38 (UTC +04:00)

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində yanğın zamanı 2 nəfər ölüb.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, yanğın Pulkovo şossesində "Belarus-Minsk Traktor Zavodu"na məxsus istehsal müəssisəsində baş verib.

“İlkin məlumatlara əsasən yanğın nəticəsində biri qadın olmaqla, 2 nəfər həyatını itirib”, - zavodun Baş direktoru Vladislav Sekerjitskiy açıqlama verib.

Direktorun sözlərinə görə, yanğın geniş ərazini əhatə etdiyi üçün hazırda yanğınsöndürmə və xilasetmə əməliyyatları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR