Sergey Lavrovun İraqa səfəri başlayıb

Sergey Lavrovun İraqa səfəri başlayıb
  • Clock-gray 12:03
  • calendar-gray 07 Oktyabr 2019

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun İraqa son beş ildə ilk rəsmi səfəri başlayıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN sözcüsü Mariya Zaxarova bildirib ki, S. Lavrov Bağdadda ölkə rəhbərliyi, Ərbildə isə Kürd muxtar rayonunun nümayəndələri ilə görüşəcək.

Görüşlər zamanı İraq və Suriyada, eyni zamanda Fars körfəzində, İran ətrafında və Fələstin torpaqlarında son vəziyyət, beynəlxalq terrorizmlə və dini ekstremizmlə mübarizədə əməkdaşlıq kimi məsələlər müzakirə olunacaq. M. Zaxarovanın sözlərinə görə, danışıqlarda əsas prioritet Rusiya-İraq əlaqələrinin inkişafı, yanacaq-energetika və humanitar sahələrdə əməkdaşlıq olacaq.

İraqın Moskvadakı səfiri bildirib ki, S. Lavrov İraqın baş naziri Adel Abd-el Mehdi və Prezident Barham Saleh, eyni zamanda parlament sədri və XİN rəhbəri  tərəfindən qəbul olunacaq. Səfir qeyd edib ki, S. Lavrovun səfəri Rusiyanın İraqa olan marağının göstəricisidir.

İlkin Cəlilov

Digər xəbərlər

Arxiv

date