Şoyqu: Hərbi komissarlıqların işi müasirləşdirilməlidir

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 10 yanvar 2023 13:58 (UTC +04:00)

Rusiyada hərbi komissarlıqların işi müasirləşdirilməlidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün keçirdiyi müşavirədə bildirib.

O, 2023-cü ildə hərbi komissarlıqların işlərinin müasirləşdirilməli olduğunu söyləyib. Qeyd edib ki, məlumat bazalarını rəqəmsallaşdırmaq, yerli və regional hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə yaratmaq lazımdır.

Şoyqu vurğulayıb ki, Müdafiə Nazirliyinə tapşırılan əsas vəzifə Silahlı Qüvvələrin keyfiyyətcə yenilənməsi və döyüş qabiliyyətinin artırılması üçün tədbirlərin görülməsidir.

"Şəxsi heyətin texnika və avadanlıqlarla təminatını yekunlaşdırmaq lazımdır. Həmçinin süni intellektdən istifadə etməklə idarəetmə və kommunikasiya sistemini təkmilləşdirmək lazımdır", - deyə Rusiya MN başçısı əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR