Şoyqu Putinə məruzə edəcək

Putin, Şoyqu

© APA | Putin, Şoyqu

# 29 dekabr 2022 14:48 (UTC +04:00)

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edəcək.

APA RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, hesabat Rusiya Hərbi-Dəniz Qüvvələrinin tərkibinə yeni gəmilərin verilməsi mərasimində baş tutacaq.

Mərasimdə Rusiya Prezidenti də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR