Şoyqu Ukrayna ordusunun əks-hücuma başladığını təsdiqləyib

Şoyqu Ukrayna ordusunun əks-hücuma başladığını təsdiqləyib
# 06 iyun 2023 17:15 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri çoxdan vəd edilən əks-hücum əməliyyatına başlayıb.

APA Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Ukrayna qoşunları təmas xəttinin müxtəlif hissələrinə hücum üçün böyük qüvvələr cəmləyib.

“İyunun 4-də Ukrayna rejimi çoxdan vəd etdiyi hücumu iki briqada ilə beş istiqamətdə həyata keçirdi. Düşmən onların heç birində uğur qazana bilmədi, 300 hərbi qulluqçu, 16 tank, 26 zirehli döyüş maşını, 14 texnika itirdi . Bundan əlavə, iyunun 5-də Kiyev rejimi 5 briqadanın qüvvəsi ilə 7 istiqamətdə hücuma cəhd etdi. Düşmən qarşısı alınıb, daha böyük itkilər verib - 1600-dən çox hərbi qulluqçu, 28 tank, o cümlədən 8 "Leopard" və 3 AMX-10 təkərli tankı, 136 ədəd digər hərbi texnika məhv edilib", - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR